İŞİD İraqda 70 nəfəri güllələdi - KAFE VƏ POLİS POSTUNA HÜCUM ETDİLƏR

İraqın cənubunda terror hadisəsi törədilib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, hadisə ölkənin Di-Kar bölgəsində qeydə alınıb.


Silahlı şəxslər Nasiriyyə şəhərindəki iki kafeyə hücum edib. Nəticədə azı 70 nəfər öldürülüb, 100-dən çox yaralı var.

Bundan sonra isə terrorçular yaxınlıqdakı nəzarət-buraxılış məntəqəsinə hücum edib. Mühafizəçilərə dayanmadan atəş açan silahlılar mina quraşdırılmış avtomobili də partladıb.

 

Terror aktları nəticəsində ölü sayının artacağı istisna olunmur. Çünki yaralılardan çoxunun vəziyyəti ağırdır.

Hadisələrə görə, məsuliyyəti İŞİD üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR