London metrosu partladıldı, Parisdə silahlı hücum! - AVROPADA YENİDƏN TERROR HƏYƏCANI

London metrosunda partlayış baş verib. APA TV-nin məlumatına  görə, bu barədə "The Sun" qəzeti yazıb.

Partlayış qatarlardan birində baş verib. Vaqonlardan birində qoyulmuş bağlamada partlayıcı qurğu olub. Bir neçə nəfərin yanıq xəsarəti aldığı bildirilir. Stansiyada sərnişinlər arasında həyəcanlı anlar yaşanıb.

 

Polis hadisəni təsdiqləsə də, təfərrüatlar açıqlanmır. "Biz metronun "Parsons-Qrin" stansiyasında insident olması barədə məlumatlıyıq. Əməkdaşlarımız hadisə yerindədirlər", - deyə, şəhər polisindən bildirilib.


Xatırladaq ki, sentyabrın 15-də Paris metrosunda da insident qeydə alınıb. Bıçaqla silahlanmış şəxs hərbçiyə ağır xəsarətlər yetirib.
 



 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR