Saakaşvili və Timoşenko birləşdi: POROŞENKOYA QARŞI

Ukraynada siyasi mübarizə gərginləşməkdə davam edir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Pyotr Poroşenkoya əks mövqedə çıxış edən siyasi qüvvələr bu dəfə güclərini birləşdirmək qərarına gəlib.

 

Birliyin təşəbbüskarlarından biri - "Batkivşina" partiyasının lideri Yuliya Timoşenkodur. Güclərin birləşdirilməsinə təkanı isə şübhəsiz, Mixail Saakaşvilinin qayıdışı verib.

 

Saakaşvilini daha güclü mühafizə və Polşa və Gürcüstana aid dövlət nömrəli avtomobillər müşayiət edir. Bu dəfə isə M. Saakaşvilidən daha çox Yuliya Timoşenko fəallıq göstərir. O, mətbuata açıqlamasında P. Poroşenkonun prezident postunda daha çox qalmasına imkan verməmək üçün mübarizənin davam edəcəyini, növbədənkənar prezident və parlament seçkilərinə nail olacaqlarını açıqlayıb.

 

Ali Radanın deputatı Nadejda Savçenko isə döyüşün artıq indidən uduzulduğunu açıqlayıb. Yeri gəlmişkən, Yuliya Timoşenko da nə vaxtsa Ukraynada M. Saakaşvili kimi qarşılanmışdı. Bu çıxış və mitinqlərin prezident Pyotr Poroşenkonun ABŞ-a səfəri zamanı Kiyevə də sıçrayacağı güman edilir.

 

İndi görünən odur ki, M. Saakaşvilinin yanında xanım siyasətçilərdən yalnız Yuliya Timoşenko addımlayır və təbii ki, bu səyahətin pulu öz cibindən deyil, dəstəkçiləri tərəfindən ödənilir. M. Saakaşvili isə dəfələrlə özünün bankda cəmi 5 min dollar pulu olduğunu bəyan edib. 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR