Bakıda hava küləkli olacaq

Sentyabrın 16-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 20-23, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda sakit  hava fonunda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR