Seuldan Pxenyana sərt cavab: raketlər buraxıldı - MƏHV EDƏRİK!

Pxenyanın son raket sınağına cavab olaraq, Seul da hərbi güc nümayiş etdirib.  APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Cənubi Koreya Yapon dənizi istiqamətində iki raket buraxıb.

Onlardan birinin sınağı uğurlu alınsa da, digəri şərti hədəfə çatmayıb.

Seulun sınaqları Şimali Koreyanın raketi havada olarkən həyata keçirilib. "Bu bizim Pxenyana hər an cavab verə bilmə imkanımızın nümayişidir" - deyə, Cənubi Koreya Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Şimali Koreya sentyabrın 15-i səhər saatlarında daha bir raketi Yaponiya istiqamətində buraxıb. Raket adı çəkilən ölkənin üzərindən uçaraq Sakit okeana düşüb.

Bununla əlaqədar Hokkaydo adası sakinlərinin mobil telefonlarına təhlükə ilə bağlı xəbərdarlıq mesajları göndərilib. Telekanallar və radio vasitəsi ilə də "həyəcan siqnalı" verilib. Yaponiya silahlı qüvvələri hazır vəziyyətə gətirilib.

Rəsmi Seul da baş verənlərə reaksiya verib. "Əgər Pxenyan bizə, eləcə də müttəfiqlərimiz olan ABŞ və Yaponiyaya qarşı hər hansı addım atarsa, biz Şimali Koreyanın məhv edilməsi istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik. Bunun üçün kifayət qədər gücümüz var" - deyə, ölkə prezidenti Mun Çje İn qeyd edib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR