"Brent" və WTI markaları arasında interval böyüyür: Azərbaycan nefti bahalaşır

Birjalarda "Brent" markalı neftin qiyməti 55-56 dollar arasında dəyişir.

 

APA TV-nin məlumatına görə, ötən gün 55,88 dollara qədər bahalaşan "Brent" nefti hazırda 55,29 dollardan təklif olunur.

 

Dünya xam neft bazarında iki həftədir qiymətlərin yüksəlməsi davam edir. Eyni zamanda "Brent" və Qərbi Texas  markaları arasında da fərq artmaqdadır. Ötən gün 50,34 dollara qədər yüksələn WTI neftinin qiyməti yenidən 50 dolların altına düşüb. Bu markadan olan neft hazırda  49,74 dollardan satılır.

 

Azərbaycan nefti də bahalaşmaqda davam edir. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,92 dollar artaraq 58,55 dollar təşkil edib.

 

"Harvi" qasırğasından böyük ölçüdə ziyan görən ABŞ neft emalı zavodları fəaliyyətlərini yenidən bərpa etməyə başlayıb. Bu ölkədə istehsalın artması ilə yanaşı neftə olan tələbat da artacaq. Çünki qasırğa neft istehlak edən müəssisələrin işini də dayandırmışdı. Bu səbəbdən qasırğanın təsirinin davam etdiyi müddətdə ABŞ-ın neft ehtiyatları artmışdı. İstehlakın artması qiymətlərə müsbət təsir edir. ABŞ-da istehsal olunan qaya nefti üçün 50 dollarlıq baryer sərfəli deyil. Yalnız qiymətlər 50 dolları keçdikdə sərfəli olur.

 

Digər tərəfdən OPEK və qeyri kartel ölkələri mart ayında bitəcək neft istehsalının dondurulması ilə bağlı razılaşmanı daha üç ay ərzində uzatmaq fikrindədir. Bununla bağlı görüşlərin davam etdiyi qeyd edilir. Qiymətlərin yüksəlməsinə təsir edən əsas səbəb isə neftə tələbatın artmasıdır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR