ABŞ İrana yeni qadağalar qoydu

ABŞ  İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

 

"Bu tədbirlər hökumətin kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş 13382 saylı sərəncamına uyğun olaraq görülüb" - deyə, sənəddə bildirilir.

 

Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər səviyyədə dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR