Pxenyandan növbəti təhlükə: RAKET YAPONİYANIN ÜZƏRİNDƏN UÇDU
Sentyabrın 14-dən 15-nə keçən gecə Şimali Koreya Yaponiyanın Hokkaydo adası istiqamətinə naməlum raket buraxıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, buraxılış Pxenyanın Sunan rayonu ərazisindən olub.
ABŞ Hərbi Komandanlığından raketin Yaponiya üzərindən keçərək, Sakit okeana düşdüyü açıqlanıb. Yaponiyanın baş naziri baş verən hadisəyə münasibət bildirib: "Şimali Koreya problemin həllinin tapılmasına kinayə ilə yanaşır. Biz heç bir halda bu vəziyyətlə barışmayacağıq. İndi dünya ictimaiyyəti bu ölkəyə qoyulan sanksiyaları reallaşdırmağı düşünməli, Şimali Koreya isə bu addımların heç bir gələcəyinin olmadığını anlamalıdır".
Qeyd edək ki, Hərbi Komandanlıq raketin nə ABŞ, nə də Quam adası üçün hər hansı təhlükə yaratmadığını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub