18 yaşlı gənci budundan bıçaqladılar - KRİMİNAL GECƏ

Abşeron rayonu, Xırdalan şəhərində bıçaqlanma faktı baş verib. APA TV xəbər veri ki, insident “Səmayə” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Məlumata görə, hadisə zamanı 1999-cu il təvəllüdlü Köçərli Elnur Emin oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Bıçaq xəsarəti 18 yaşlı gəncin bud nahiyəsinə yetirilib və o, 1 saylı Xəstəxanaya yerləşdirilib. Çox qan itirməsinə baxmayaraq, hazırda onun vəziyyətinin stabil olduğu açıqlanıb.

Qanlı hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır. Faktla bağlı cinayət işi də başlanılıb. 18 yaşlı Elnuru bıçaqlayan şəxsin kimliyi və səbəbləri barədə açıqlama verilmir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR