Mərdəkan yolunda qadını, Ramana yolunda isə kişini maşın vurdu

Bu gecə Bakıda iki piyada vurulması faktı qeydə alınıb. Onlardan birində qadın, digərində kişi xəsarət alıb.

APA TV xəbər verir ki, hadisələrdən biri paytaxtın Xəzər rayonu ərazisində, Mərdəkan-Buzovna yolunda baş verib. Həmin hadisə zamanı 1967-ci il təvəllüdlü Həsənova Rəna Rəfi qızını maşın vurub. Ciddi xəsarətlər alan yaralı təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Həkimlər hazırda onun vəziyyətinin ağır olduğunu bildirir.

Daha bir piyada vurulmasına Bakının Sabunçu rayonu ərazisində rast gəlinib. Bu dəfə Ramana yolunda 40 yaşlı Qədirov Qədir Mehbalı oğlu avtomobilin zərbəsinə tuş gəlib.

Qeydə alınmış avtoqəza zamanı xəsarət alan Q.Qədirov da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisələrlə əlaqədar Xəzər və Sabunçu rayon polis idarələrində müvafiq qaydada araşdırmalara başlanılıb. Hər iki sürücü ifadəsinin alınması üçün polis orqanına aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR