Sabirabadda yük maşını minik maşını ilə toqquşdu, sürücülərdən biri xəsarət aldı

Sabirabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, avtoqəza Hacıqabul-Horadiz avtomobil yolunun 14-cü kilometrliyində, Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissədə qeydə alınıb.

Hadisə zamanı Amil Məhərrəmovun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub və nəticədə sonuncunun sürücüsü Şirvan sakini, 1984-cü il təvəllüdlü Qəniyev Polad Əlisəmid oğlu ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yol qəzasının səbəblərini Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları araşdırır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR