"Infiniti" ərlə arvadı vuraraq öldürdü - HACIQABULDA YOL FACİƏSİ

Hacıqabulda baş vermiş ağır yol nəqliyyat hadisəsi iki piyadanın ölümü ilə nəticələnib. APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə qeydə alınıb.

Ağcabədi rayon sakini Əhəd Məmmədovun idarə etdiyi "Infiniti" markalı avtomobil yolu keçən iki piyadanı vurub. Hadisə nəticəsində avtomobilin zərbəsilə üzləşən Hacıqabul rayon sakinləri, 1961-ci il təvəllüdlü Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində dünyasını dəyişib.

Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib. Avtomobilin sürücüsü saxlanılıb və onun barəsində istintaq araşdırmalarına başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR