Astara sakini arvadını da, haraya gələn qonşusunu da bıçaqladı - QONŞU ÖLDÜ
Astarada ailə münaqişəsi zamanı ər və arvadı sakitləşdirməyə gələn qonşu biçaqlanaraq öldürülüb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Astaranın Ərçivan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 32 yaşlı Kərimov Ağarəhim Əbdülrəhim oğlu qonşusunun evindən dava-dalaş səslərinin gəldiyini eşidib və onların həyətinə gəlib. O, 48 yaşlı Rəhimov Əfqan Tariel oğlu ilə onun həyat yoldaşı 49 yaşlı Rəhimova Xanım Yadulla qızı arasında ciddi mübahisənin getdiyinin şahidi olub və tərəfləri sakitləşdirmək istəyib. Bu zaman Ə.Rəhimov əvvəlcə həyat yoldaşı Xanım Rəhimovaya, daha sonra isə A.Kərimova bıçaq zərbələri endirib.
Hər iki yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, döş qəfəsindən vurulan A.Kərimovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Xanım Rəhimovaya isə tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Astara RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törədən Ə.Rəhimov saxlanılaraq istintaqa təhvil verilib. Cinayət işinin istintaqını rayon prokurorluğu araşdırır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub