Abşeronda mal-qara oğruları tutuldu

Abşeron RPİ-nin əməkdaşları mal-qara oğurluğu ilə məşğul olan 3 nəfəri yaxalayıb.

 

APA TV-nin xəbərinə görə, Güzdək qəsəbəsində yaşayan 27 yaşlı Seymur Rzaxanov, 26 yaşlı Spartak İbrahimov və Cəlilabad rayonunun Maşlı kənd sakini 29 yaşlı Şəmsəddin Əsgərov örüş sahəsindən Hökməli qəsəbə sakini Ağasəməd Ağayevin, Əlirza Salayevin və Azər Əzizovun hərəsinin 2 baş inəyini oğurlayan zaman heyvan sahibləri tərəfindən yaxalanıblar.

 

Saxlanılan Şəmsəddin Əsgərovun sözlərinə görə, bundan əvvəl oğurlanan iribuynuzlu heyvanlar isə Cəlilabad bazarında satılıb: "İki baş heyvan idi, bazarda 2200 manata satdıq. Birini 1100-ə".

 

Bu şəxslərin vətəndaşlara ümumilikdə nə qədər ziyan vurduqları bilinmir. Saxlanılan şəxslər ilkin ifadələrində 4 baş inəyi oğurladıqlarını etiraf etsələr də, polis bu rəqəmin daha çox olduğu qənaətindədir. Fakt araşdırılır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR