Kövkəb Səfərəliyeva küçəsində kompensasiya davası davam edir
Nəsimi rayonu Yusif Səfərov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsini birləşdirən yeni yolun tikintisinin ərazidəki yataqxananın sakinlərində doğurduğu narazılıq hələ də səngiməyib.
APA TV-nin xəbərinə görə, bu binada məskunlaşanları narahat edən kompensasiyanın azlığı məsələsidir ki, məsələ hələ də öz həllini tapmayıb.
Sakinlər evlərindən az məbləğdə təzminat qarşılığında köçürüləcəklərindən ehtiyatlanır: "Elə bir məbləğ verməlidirlər ki, insan gedib yaşayışı üçün bir ev ala bilsin. Bu gün bizə təyin olunan məbləğ, kompensasiya bizi qane eləmir. Bura gələn məmurlar da deyir siz insan deyilsiniz. Belə bir cümlə olar?"
Təzminatdan söz düşmüşkən, sakinlərdən öyrənirik ki, hər bir mənzili boşaltmaq müqabilində onlara 16 min manat kompensasiya təklif olunur: "Bizim şəraitimiz gül kimidir. Bizim evimizdə hər bir şəraitimiz var, biz çıxmırıq. Kupçalı evlərimizdir. Biz niyə verib getməliyik? Heç kəs də getmir".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun müdiri Bəyverdi Novruzov da hadisə yerinə gəlmişdi. Fürsət bilib, şöbə müdirindən sakinləri narahat edən təzminat məsələsinə aydınlıq gətirməsini istədik: "Təzminatı verən təşkilat "Azəryolservis"dir. Həmin "Azəryolservis" də dövlət standartına uyğun olaraq, nəzərdə tutulmuş miqdarda kompensasiya təmin edir. Ola bilsin ki, bu, müəyyən tələbatı ödəmir, bu ikinci məsələdir".
Mövzunu diqqətdə saxlayacağıq.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub