Lənkəran Dövlət Universitetinin professor-müəllim heyətinə xidməti mənzillər verildi
Bu gün Lənkəran Dövlət Universitetinin (LDU) 2 saylı tədris korpusunun ərazisində inşa olunmuş professor-müəllim heyəti üçün xidməti mənzillərin təntənəli açılış mərasimi keçirilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, açılış mərasimində LDU-nun rektoru, müəllimlər, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmisi, Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov iştirak edib.
İlk dəfə olaraq LDU-nun professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə hər birinin sahəsi 50,5 kv.m olmaqla 6 ikiotaqlı mənzil tikilərək istifadəyə verilib.
Mənzillər qonaq, yataq otaqları, eləcə də mətbəx və sanitar qovşağı ilə girişdən ibarətdir. Binada eyni zamanda texniki otaqlar və anbar da nəzərdə tutulub. İstifadəyə verilən binanın ümumi sahəsi 360 m2 təşkil edir. Mənzillər zəruri avadanlıqlarla (televizor, soyuducu, yataq dəsti, stol, stul və yumşaq mebel) tam təmin edilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub