"Kimdən, hansı silahı alması Türkiyənin şəxsi işidir" - NATO BAŞ KATİBİ SÖZÜNÜ DEDİ

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyadan C-400 hava hücumundan müdafiə qabiliyyətli zenit-raket kompleksləri almasına münasibət bildirib.

 

APA TV-nin məlumatına görə, baş katib istənilən silahın alınmasını Türkiyənin şəxsi işi olduğunu deyib.

 

"Hansı silahı arsenalına daxil etmək hər bir müttəfiqin öz qərarına bağlıdır. Bu Türkiyənin milli qərarıdır. NATO üçün önəmli olan bizim fərqli sistemlərimizin birlikdə çalışması və bizim müştərək çalışmamızdır. Türkiyədən aldığı sistemi NATO havadan müdafiə sisteminə inteqrasiya etmək kimi bir tələb gəlməyib. Buna görə həmin məsələ müzakirə masasında deyil".

 

Stoltenberq bildirib ki, NATO-nun havadan müdafiə sistemi var. Ancaq təbii ki, millətlərin müstəqil sistemlərə sahib olması mümkündür.

 

Qeyd edək ki, Türkiyə Rusiyadan alacağı C-400 zenit-raket kompleksləri üçün qarşı tərəfə pul ödəyib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR