Vertolyot qəzaya uğradı, çoxlu sayda ölən və yaralanan var
Şotlandiyanın paytaxtı Qlazqoda polis helikopterinin pivə barının üstünə düşməsi nəticəsində ölənlərin sayı artır. Son məlumata görə, qəza nəticəsində həlak olanların sayı 8-ə çatıb. APA TV-nin məlumatına görə, Britaniya polisinin nümayəndəsi jurnalistlərə bildirib ki, ölənlərdən üçü helikopterin şəxsi heyətidir. Helikopterdə iki polis əməkdaşı və bir mülki aviasiya pilotu olub. Helikopterin damına düşdüyü pivə barının içərisindən beş nəfərin meyiti tapılıb.
Hadisə şənbə gününə keçən gecə baş verib. Helikopter Klayd çayında yerləşən pivə barına düşüb. Həmin vaxt içəridə 120-yə yaxın müştəri olub. 32 nəfər xəsarət alıb. Onlardan 14-ünün vəziyyətinin ağır olduğu bildirilir.
Şotlandiyanın baş naziri Aleks Selmond hadisəni Qlazqo və bütün Şotlandiya üçün qara gün atlandırıb.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI