Lənkəranda bağlı qapı əməliyyatı - 20 NƏFƏR XİLAS EDİLDİ
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri Lənkəran Mərkəzi Rayon Xəstəxanasında köməksiz vəziyyətdə qalan 20 nəfəri bağlı qapı arxasından xilas ediblər. APA TV-nin Xəbərinə görə, hadisə xəstəxananın ikinci mərtəbəsindəki otaqlardan birində qeydə alınıb. Belə ki, xəstəxananın uşaq xəstəlikləri bölməsində reanimasiya şöbəsinin giriş qapısı qəfildən kilidlənib. Nəticədə tibbi personal və xəstələr daxil olmaqla 20 nəfər içəridə köməksiz vəziyyətdə qalıb. Kömək üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Dərhal hadisə yerinə FHN –inin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət edilməklə xüsusi alət və avadanlıqlar vasitəsilə otağın qapısını bayır tərəfdən açaraq vətəndaşları xilas ediblər:
Əməliyyat cəmi 40 dəqiqə çəkib. Əməliyyatdan sonra məlum olub ki, otağın giriş qapısının kilidi yaranmış nasazlıq səbəbindən bağlanıb. Qeyd edək ki, qapı arxasında qalan vətəndaşlardan heç kim xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI