İmişlidə piyadanı vurub qaçan sürücü tutuldu
İmişlidə Məzrəli kənd sakini, Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Hacıqabul-Horadiz magistralının İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Naməlum avtomobil kənd sakini, 1987-ci il təvəllüdlü Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "VAZ-21011" markalı avtomobilin sürücüsü, İmişli rayon sakini Elsevər Əli oğlu Nəsirov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:50
746
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
749
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1072
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
758
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
760
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
592