Fəlakətdən fəlakətə... 102 myanmalı müsəlman qırğından qaçarkən çayda boğulub
Avqust ayının sonundan bu günə qədər Myanmanın Rohingya əyalətindən olan ən azı 102 müsəlman qaçqın Banqladeş sərhədini keçmək istəyərkən ölüb. Onların hamısı Myanma-Banqladeş sərhədindəki Naf çayında boğulublar.
Qeyd edək ki, qaçqınlar nasaz vəziyyətdə olan və həddən artıq yükləndiyi üçün tab gətirməyib batan qayıqlarla sərhədi keçməyə çalışırlar.
Banqladeş bölgəsinin polis əməkdaşı bildirib ki, meyitlərdən 7-si tapılıb.
Bildirilir ki, Myanma hadisələrinə görə, avqustun 25-dən indiyədək ümumilikdə 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa müvəffəq olub.
Qeyd edək ki, Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, yüz minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub