Moskvada bomba həyəcanı: 50 mindən çox adam təxliyə edildi
Rusiyanın paytaxtı Moskvada bəzi ticarət mərkəzləri, vağzallar, universitetlər və otellərə bomba qoyulması ilə bağlı yalan xəbərdarlıq hüquq-mühafizə orqanları və xilasetmə xidmətlərini ayağa qaldırıb. APA TV-nin məlumatına görə, həmin obyektlərdən 50 mindən çox adam təxliyə edilib.
Xəbərdarlıq telefonla edilib. Hələ kimliyi müəyyənləşdirilməmiş şəxs və ya şəxslər 30-dan çox binada partlayış təhlükəsinin olduğunu bildiriblər. Bunun ardınca vətəndaşların təxliyəsinə başlanılıb və proses ümumilikdə 50 mindən çox adamı əhatə edib. Binalarda axtarış aparıldıqdan sonra terror xəbərdarlığının yalan olduğu üzə çıxıb.
Moskvanın güc strukturları yalan xəbərdarlığı edən şəxs və ya şəxslərin axtarışına başlayıb, faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, bu, həftə ərzində Rusiyada ilk bomba həyəcanı deyil. Sentyabrın 12-də anonim xəbərdarlıq zəngləri ilə əlaqədar 22 şəhərdə 45 min adam təxliyə edilib. Sentyabrın 13-də isə 17 şəhərdə 190 obyekt bomba xəbərdarlıqları ilə bağlı yoxlanılıb. Lakin xəbərdarlıqların heç biri öz təsdiqini tapmayıb. Xəbərdarlıq zənglərinin Ukrayna ərazisindən gəldiyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub