Bakıda yağış yağacaq
Sentyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Ehtiyatlar Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 19-22, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub