Şoyqunun sürpriz Dəməşq səfəri - ƏSƏDLƏ NƏLƏR DANIŞILDI?
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir:
"Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə sentyabrın 12-də Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Dəməşqə işgüzar səfər edərək, Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb" - deyə, məlumatda bildirilir.
Görüş zamanı tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlıq, Suriyadakı vəziyyətin sabitləşdirilməsi, habelə İŞİD-in məhvi prosesində Rusiyanın oynadığı rolu müzakirə ediblər.
Rusiyanın müdafiə naziri gərginliyin nisbətən azaldığı bölgələrdə mövqe tutan terrorçularla Suriya hakimiyyətinin mübarizə aparmalı olduğunu qeyd edib.
Xatırladaq ki, iyulun 26-da Vladimir Putin Rusiya tərəfindən Suriyada xüsusi aviasiya qrupunun yerləşdirilməsini nəzərdə tutan 49 illik sazişi təsdiqləyib.
Qeyd edək ki, 2011-ci ildən bu yana davam edən Suriya münaqişəsi nəticəsində ölənlərin sayı 220 min nəfərə çatıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub