Adları küçələrə verilən şəxsləri tanıyırıqmı?
"Kücə və prospektlərimizə verilən adlar əsasən, ənənə və prinsiplərə görə təyin edilir".
Bunu APA TV-yə millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. Onun sözlərinə görə, küçə və prospektlərə bir qayda olaraq görkəmli sənət adamlarının, dövlət xadimlərinin, qəhrəmanların adları verilir. Nizami Cəfərov kücənin adını daşıyan səxslər barəsində kicik bir informasiya lövhələrinin yerləşdiriləsinin də vacib olduğunu sayır.
Tərlan Əliyarbəyov kücəsində keçirdiyimiz sorğu zamanı yalnız 1 nəfər onun kimliyini bilib.
Apardığımız sorğudan belə nəticəyə gəlmək olar ki, bir neçə nəfər Tərlan Əliyarbəyovu tanısa da, çoxu onun kimliyini bilmir. Bu baxımdan adı kücələrə, prospektlərə verilən şəxslər barəsində nəşrlər, məlumat bazasının yaradılmasına ehtiyac var.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı