Ağdaşda çaqqallar toy çadırına hücum etdi - 5 YARALI
Ağdaş rayonunda quduz çaqqallar kənd sakinlərinə hücum edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Bulaqotağı kəndində keçirilən toy mərasimində qeydə alınıb.
Həyətyanı sahədə quraşdırılan toy çadırına toplaşan qonaqlar, Bulaqotağı kənd sakinləri - 1987-ci il təvəllüdlü İbrahimov Valeh Mübariz oğlu, 1942-ci il təvəllüdlü Qarayeva Hamilə Şəmi qızı, 2001-ci il təvəllüdlü Hacıyev Vüqar Yadigar oğlu, 2005-ci il təvəllüdlü Əzizov Sultan Əziz oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Rəşad Nizami oğlu qəflətən çaqqalların hücumuna məruz qalıb.
Quduz heyvanlar kənd sakinlərinin əl və ayaqlarını dişləyərək onlara xəsarət yetiriblər. Qaçıb gizlənən çaqqalları öldürmək mümkün olmayıb. Yaralılar təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılaraq onlara quduzluğa qarşı vaksin vurulub və hazırda müalicə olunurlar.
Kənd sakinləri tez-tez tülkü, çaqqal və canavarların kəndə hücum edərək mal-qaraya, toyuq-cücəyə, bəzən də insanlara hücum etdiyini bildiriblər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub