Ağaclar yıxıldı, kəndlər işıqsız qaldı - ZAQATALADA TƏBİİ FƏLAKƏT
Güclü külək Zaqatalanın bir sıra kəndlərində fəsadlar törədib.
APA TV-nin məlumatına görə, sentyabrın 11-i axşam saat 21:00 radələrindən başlayaraq sentyabrın 12-nə keçən gecəyə qədər Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb.
Rayonun Üçüncü Tala, Muğanlı və Yolayrıc kəndlərində qısamüddətli güclü küləklə müşayiət edilən leysan yağıb. Güclü külək nəticəsində Yolayrıc kəndində bir neçə evin, 20-dən çox tövlə və altıaçıqların dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib. Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisi verilişində fasilələr yaranıb. Hazırda kənd sakinləri və aidiyyəti qurumlar fəsadların aradan qaldırılması ilə məşğuldur.
Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub