ABŞ-dan yeni anti-İran strategiyası - METTİS, TİLLERSON, MAKMASTER ÜÇBUCAĞI
"ABŞ İrana qarşı daha aqressiv siyasət həyata keçirəcək". APA TV-nin məlumatına görə, bu barədə "Reuters"də nəşr edilən bir yazıda iddia olunur.
Hazırda Tramp administrasiyasının yeni strategiyanın üzərində işlədiyi bildirilir. Xəbəri Ağ Evin yüksək dairələrindən də təsdiqləyiblər.
İrana qarşı atılacaq addımlar son vaxtlar Tehranın Suriyada və İraqda fəallaşması, "Hizbullah" və digər şiə silahlı birləşmələrinə dəstəyi artırmasıdır. Bu addımlar Vaşinqton tərəfindən İranın dolayı yolla Yaxın Şərqdə vəziyyəti gərginləşdirməsi kimi qəbul edilir.
Yeni strategiyanın müəllifləri Pentaqon rəhbəri Ceyms Mettis, dövlət katibi Reks Tillerson, Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Herbert Makmasterdir.
Tramp böyük ehtimalla bu strategiyanın tezliklə işə salınmasına razılıq verəcək.
Xatırladaq ki, avqustun sonunda prezident Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı sənədi təsdiqləyib. Rəsmi Tehran isə bu addımın Qərblə imzalanan "nüvə razılaşması"na əks olduğunu bildirib. İranın dövlət başçısı Həsən Ruhani ABŞ-ı razılaşmaya birtərəfli qaydada son qoyacaqları və yenidən nüvə proqramının inkişafını davam etdirəcəkləri ilə hədələyib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub