Tiflisdə azərbaycanlı kriminal avtoritet öldürüldü
Tiflisin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.
APA TV-nin yerli bürosunun məlumatına əsasən, onun meyiti "Toyota" markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.
Digər məlumatlara əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.
Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.
Bütün gecə ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirləri həyata keçiriblər.
Faktla bağlı hələlik saxlanılan yoxdur.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı rəsmi məlumat yaymayıb.
OXŞAR XƏBƏRLƏR
12:50
775
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
777
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1101
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
765
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
766
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
598