Messi "Pianoçu" rolunda: Çempionlar Liqasının himnini ifa etdi
“Barselona”nın superulduzu Lionel Messi təkcə yaşıl meydanlardakı məharəti ilə kifayətlənmir.
Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu musiqi sahəsində də bacarığını nümayiş etdirib.
Belə ki, 30 yaşlı futbolçu piano arxasına keçərək, bu gün startı veriləcək Çempionlar Liqasının himnini səsləndirib. Leo almaniyalı bəstəkar Fridrix Hendelin əsərini təbəssümlə çalaraq, bir növ qitənin ən nüfuzlu turnirinin start ərəfəsində olduğuna işarə vurub.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu bu gün “Yuventus”a qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR
12:50
775
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
777
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1101
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
765
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
766
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
598