Lənkəranda ağır qəza: sürücü öldü, yaralılar var

Lənkəranda toydan qayıdan  iki avtomaşın toqquşub, bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Lənkəranın Gərmətük  kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Astara istiqamətində hərəkətdə olan Hirkan qəsəbə sakini Qalib Əliyevin idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olan  həmkəndlisi  Zaur Rzayevin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Toqquşma zamanı "VAZ 2106"nın sürücüsü  Qalib Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Həmin avtomobildə sərnişin  olan qızı Rumiyyə Əliyeva  eləcə də "Mercedes" markalı avtomobilin sürücüsü olan Zaur Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi  Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Qeyd edək ki, hər iki sürücü eyni toya biri gedirmiş, digəri isə qayıdırmış. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Kürdəmirdə də yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Cəlil Cəlil oğlu Mehdiyevin idarə etdiyi "Mercedes" markalı minik maşını 1996-cı il təvəllüdlü Orxan Ramiz oğlu Ələkbərlinin idarə etdiyi eyni markalı  maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR