Qasırğalar səngiyir: Neft bazarında ucuzlaşma davam edir

Dünya bazarında xam neftin qiymətlərində ucuzlaşma qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, "İrma" qasırğasının tropik fırtınaya çevrilməsi səbəbindən ABŞ-ın Atlantik okeanı sahillərində yerləşən neft emalı zavodları bir müddət fəaliyyətini davam etdirə bilməyəcək.

Sakit okean sahillərini vuran "Harvi" qasırğasının fəsadları isə aradan qaldırılır. Artıq iki həftə öncə işini dayandıran neft emalı zavodları fəaliyyətə başlayır. "Goldman Sachs" iki qasırğanın xam neft tələbinə gündəlik 600 000 barel təsir edəcəyini bildirib. Ancaq işlər qaydasına düşəndən sonra istehlakın artacağı və itkininin yerini dolduracağı gözlənilir.

 

Mütəxəssislər qiymətlərin ilin sonuna qədər 60 dollara qədər bahalaşacağını güman edir. Ancaq yeni ilə kimi 60 dollar həddinin keçilməsi qeyri-mümkün görünür. Ümumilikdə neft bazarında qeyri-müəyyənlik olduğu, bu vəziyyətin dəyişəcəyi proqnozlaşdırılır.

 

Ötən gün səhər seanslarında 54 dollardan baha satılan "Brent" nefti hazırda 53,78 dollara təklif olunur. WTİ markası da ucuzlaşıb. Qərbi Texas nefti 48,02 dollardan satılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR