Türkiyədə kimyəvi maddədən kütləvi zəhərlənmə: qaz 152 nəfəri zəhərlədi
Türkiyənin Siirt vilayətinin Akbaş kəndində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib. APA TV-nin məlumatına görə, tərkibində kimyəvi maddə olduğu bildirilən qazın sızması nəticəsində 152 nəfər zəhərlənib.
Səhiyyə Nazirliyinin məlumatına görə, kənd sakinlərində kütləvi ürək bulanması və qusma halları qeydə alınıb, müvafiq xidmətlərin əməkdaşları hadisə yerinə cəlb olunub. 92 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 60 sakin kənd yaxınlığında qurulan çadırlara köçürülüb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
12:50
775
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
777
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1101
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
765
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
766
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
598