Avropa Şurasının baş katibi Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb

Avropa Şurasının baş katibi Torbyörn Yaqland “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb. APA TV-nin məlumatına görə, bu barədə Avropa Şurasının bəyanatında deyilir. Baş katib bu müsbət addımı alqışladığını bildirib və Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb.

 

Qeyd edək ki, Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdi. Qazaxıstandan qayıdandan sonra prezident İlham Əliyevə məsələ ilə bağlı məruzə olunub. Azərbaycan Prezidenti hüquq-mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb. Bundan sonra məhkəmə tərəfindən onun barəsində həbs qətimkan qərarı dəyişdirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR