Goranboyda “QAZel” aşdı, sürücü yaralandı

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Asif Qasımzadə idarə etdiyi “QAZel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

 

Qəza zamanı sürücü xəsarət alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR