Oksana Rəsulova: "Elşad Xose ilə dava səhnələrimiz real həyatdan götürülüb"
Rəfiqəsi onunla Elşadı yuxuda görüb. Və qərara gəlib ki, bu yuxunu filmdə canlandırsın. APA TV-nin məlumatına görə, söhbət rəqqasə və aktrisa Oksana Rəsulovanın çəkildiyi “Mələyin öpüşü” filmindən gedir.
Dram janrında çəkilən bədii filmin təqdimatına bir neçə gün qalıb. Bir müddət əvvəl treyleri yayımlanan ekran işinin yaradıcı heyəti premyeradan öncə jurnalistlərlə görüşüb. Filmin süjet xətti barədə çox məlumat verilməsə də, müəyyən detallar açıqlandı.
“Bu filmdə bizim Elşad Xose ilə əski sevgi hekayəmiz canlanacaq. Elşada təklif elədik. O da qəbul elədi. Və dedi ki, niyə də yox? Bizim orada dava səhnələrimiz də real həyatdan götürülüb. 5 ildir boşanmışıq, amma düşmən deyilik. Hər zaman bir-birimizə dəstək oluruq” - deyə Oksana Rəsulova qeyd edib.
"Bu filmdə öpüşmə səhnəsi var. Buna görə də mən yalnız Elşadla çəkilməyə razı oldum". Bu açıqlamanı Oksana aylar əvvəl vermişdi. Görünən odur ki, Elşad da buna görə razılıq verib: “Onsuz da kinoda nə varsa, həyatda da var. İşə heç bir maneçilik törətmədi. Əksinə, daha yaxşı oldu. Bizim dramın, tarixçəmizin çox kömək oldu. Maneçilik olmadı, gələcəkdə də olmayacaq”.
Oksana Rəsulova filmin plagiat olması ilə bağlı ittihamlara da cavab verib: “Yazırlar ki, film plagiatdır. “Mən və sən”, “Səndən öncə mən” və “Kapriz” filmlərinə bənzədirlər. Üç filmin heç birinə bənzəmir. Əlil arabası, dayənin olmasına görə insanlar bənzədirlər, amma inandırım sizi, süjet xətti tamam başqadır”.
O ki qaldı Elşad Xosenin ilk film barədə təəssüratlarına, “Kino tamam başqadır. Vaxtımın çox hissəsi kamera qarşısında keçdiyinə görə çox da ağır olmadı. Sadəcə olaraq, belə “papa” ilə işləmək çətin idi. Fuad Poladov kimi “papa” ilə. Daha məsuliyyətli idi”.
Qeyd edək ki, filmdə xalq artistləri Fuad Poladov, Şamil Süleymanov, aktrisa Münəvvər Əliyeva, müğənni İlhamə Qasımova, aparıcı Şəhriyar Əbilov və başqaları rol alıb. Ekran işi 14 sentyabrdan kinoteatrlarda nümayiş olunacaq.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub