Zaqatalada stansiya direktorunun maşını yandı
Zaqatalada stansiya direktorunun avtomobili yanıb.
APA TV-nin məlumatına görə, bu gün saat 13:40 radələrində Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdində olan, rayonun Pərzivan adlanan ərazisində fəaliyyət göstərən Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi İsmayıl oğlu Kərimova məxsus, “Niva” markalı 10 TT 849 dövlət nömrə nişanlı minik avtomobili dayandığı yerdə qəfildən yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları içərisində olan sənəd və əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:50
775
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
777
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1101
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
765
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
766
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
598