Rusiyada azərbaycanlı idmançı öldürüldü
Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlı idmançı öldürülüb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Canıyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib.
O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.
Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə idarəsinin Kurçatov Rayon İstintaq Şöbəsinin rəisi İqor Mitroxinin bildirdiyinə görə, hadisəni törətməkdə 26 yaşlı azərbaycanlı Eldəniz Bağırov şübhəli bilinir.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Cinayətdə şübhəli bilinən şəxs axtarışa verilib.
Qətlin motivi hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR
12:50
775
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
777
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1101
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
765
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
766
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
598