Sabirabadda dəhşətli qəza: 2 ölü, 10 yaralı
Sabirabad rayonunda mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.
1949-cu il təvəllüdlü Baxşıyev Xələf Əsgəralı oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobus radar dirəyinə dəyərək aşıb. Hadisə nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və 1946-cı il təvəllüdlü Zərbəliyev Teymur Xanhüseyn oğlu ölüb.
Sürücü və mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəllüdlü Amil Əhmədov, 1968-ci il təvəllüdlü Şəhla Abbasova, 1992-ci il təvəllüdlü Çimnaz Rəhmətova, 1957-ci il təvəllüdlü Böyükkişi Ağayev, 1963-cü il təvəllüdlü Zeynəb Novruzova, 1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov, 1992-ci il təvəllüdlü Mahir Həsən oğlu Hüseynov, 1991-ci il təvəllüdlü Kamran Ələkbərov, 19974-cü il təvəllüdlü Bəylər Quluzadə xəsarət alıblar.
Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan 4-nün vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalara yola salınıblar.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub