Sevgilisini və atasını Sulutəpədə öldürdü - FİLM KİMİ SEVGİ CİNAYƏTİ
Abşeronda üzərində xəsarətləri olan iki meyit tapılıb. APA TV-nin məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında qeydə alınıb.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri - 1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.
Şahid hadisəni belə xatırlayıb: "Maşını vurdu, keçdi qabağına. Düşən kimi qızın boğazından bir bıçaq vurdu. Sonra düşdü kişini vurdu. Hər ikisi yolun kənarında uzanmışdılar. Gəlib qızın nəbzinə baxdı. Hər kəsə də dedi ki, ailə məsələsidir, qarışmayın. Çıxıb getdi".
İlkin məlumata görə, hadisəni 50 yaşlı Sahib Hacıyev törədib. Saxlanılan Sahib Hacıyev ilkin ifadəsində qadınla 11 ildir qeyri-rəsmi nikah münasibətlərində yaşadığını, son günlər aralarında tez-tez mübahisələrin düşdüyünü, qadının ondan qaçdığını bildirib. Hadisə baş verən gün qız atasına zəng edərək gəlib onu öz evlərinə aparmasını xahiş edib. Yolda onları görən Sahib Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub. Daha sonra hadisə yerinin yaxınlığında olan A.Əsədova və qızı Samirəyə bıçaqla ardıcıl zərbələr endirərək onları qətlə yetirib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub