Cəlilabadda qədim qəbiristanlıq və yaşayış məskəni aşkarlanıb
Cəlilabadda torpaq sürüşməsi nəticəsində qədim qəbiristanlıq və yaşayış məskəni aşkarlanıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunun Buravar kəndindəki təpəlik ərazilərdə ara-sıra üzə çıxan arxeoloji nümunələr çoxdan bəri tarixçilərin diqqətini cəlb etsə də, indiyə kimi ərazidə heç bir tədqiqat işləri aparılmayıb.
Kənd sakinlərinin sözlərinə görə, müxtəlif vaxtlarda ərazidə qədim dövrə aid xeyli sayda maddi-mədəniyyət nümunələri tapılıb.
Son günlər əmələ gələn torpaq sürüşməsi nəticəsində ərazidə qədim dövrə aid xeyli sayda başdaşıları, ondan bir neçə yüz metr aralıda isə çoxlu soba və kül qalıqları aşkar edilib. Bu da ərazinin qədim yaşayış məskəni olduğunu bir daha sübut edir.
Tarixçilərin sözlərinə görə, tapılmış nümunələr əsasən tunc dövrünə aiddir. Artıq ərazidə üzə çıxan maddi mədəniyyət nümunələri ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Yaxın vaxtlarda isə mütəxəssislərin əraziyə baxış keçirməsi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub