Dalay Lama Myanma liderinə müraciət edib

Tibet buddistlərinin lideri Dalay Lama Myanma rəhbəri Aun San Su Çjiyə çağırış edib.

 

APA TV-nin məlumatına görə, Lama əhalisinin çoxu buddist olan ölkədə 300 min rohingiyalı müsəlmanın başqa ölkələrə sığınmalarına səbəb olan qətliamla bağlı narahatlıqlarını bildirib.

 

O, Nobel sülh mükafatı laureatı, Myanmanın faktiki rəhbəri, dövlət müşaviri Su Çjini problemin həlli üçün "toplumun hər qisminə çatmağa" səsləyib.

 

Məktubda qeyd olunur: "Mənə ünvanlanan suallar bir çox insanın buddist ölkə olaraq tanıdığı Myanmada müsəlmanlara yaşadılanların həlli məsələsində çətinlikləri göstərir. Sizə sülh və kompromis ruhu ilə xalq arasında dostca münasibətlər qurmağa çalışmağınız üçün toplumun bütün təbəqələrinə çatmağınız üçün çağırış edirəm".

 

Dalay Lama Nobel mükafatı laureatı Malala Yusifzayı və baş yepiskop Mesmond Tutuyu da prosesə müdaxilə etməyə çağırıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR