Azərbaycanın dövlət sərhədini pozan 47 nəfər saxlanılıb - HESABAT

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin avqust ayı dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların  26  nəfəri  Azərbaycan, 8 nəfəri Özbəkistan, 5 nəfəri Rusiya, 3 nəfəri İran, 2 nəfəri Tacikistan, 2 nəfəri Bolqarıstan, 1 nəfəri  Gürcüstan vətən­daşları ol­ublar.

 

Sərhəd rejim qaydalarını pozarkən 1343 halda 1702 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

 

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 496 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2 kq 139,7 qram narkotik maddə aşkar edilərək götürül­üb.

 

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 231 509 manat  olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd naqan tapançası, 2 ədəd siqnal tapança, 3 ədəd mina TM, 29 170 ABŞ dolları, 20 750 Rusiya rublu, 35 000 ədəd zəli, 3 ədəd qayıq, 890 qutu pirotexniki vasitə,  22 270 qutu siqaret, 14 ədəd mobil telefon, 380 ədəd müxtəlif növ dərman prepa­ratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR