Bakıda istədiyiniz ünvana necə getməli? - BU SAYTDAN İSTİFADƏ EDİN!
Bakı Nəqliyyat Agentliyi "Çağrı Mərkəzi"nin internet saytını yeniləyib. Alo 141.az internet portalı da bu çərçivədə reallaşdırılan mühüm işlərdən biridir.
BNA-nın aparat rəhbəri Fərid Nuriyev vurğulayıb ki, alo141.az multifunksional bir portal olaraq istifadəçilərə Bakı şəhərinin ictimai nəqliyyatından istifadə, eyni zamanda digər əhəmiyyətli məlumatları təqdim edir.
Onun sözlərinə görə, saytın yaradılmasında məqsəd həm ölkə vətəndaşlarına, həm də ölkəmizə gələn turistləri paytaxtın nəqliyyat şəbəkəsi haqqında maarifləndirmək və paytaxtda mövcud marşrutlar barədə detallı məlumat verməkdir: "Bakıya gələn turistlərə şərait yaradılır ki, bu saytdan istifadə etsinlər. Əsas məsələ odur ki, A nöqtədən B nöqtəyə asan şəkildə gedə biləcəklər. "Necə getməli?" bölməsində artıq həm ictimai nəqliyyatla, həm də avtobus və metro ilə və ya şəxsi avtomobillə nə cür istiqamətdə hərəkət etmək lazımdırsa, biləcəklər".
Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Hazırda portalda 6 əsas bölmə işlənib hazırlanıb. Gələcəkdə istifadəçilərin də fikirləri və təklifləri nəzərə alınmaqla, digər faydalı bölmələrin də istifadəyə verilməsi nəzərdə tutulur. BNA-nın aparat rəhbəri Fərid Nuriyev onu da qeyd edib ki, saytın mobil əlavəsi də qısa zamanda vətəndaşların istifadəsinə veriləcək.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub