Mingəçevirdə avtobus 61 yaşlı kişini vurub öldürdü

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir-Aran avtomobil yolunda baş verib.

 

"Mercedes" markalı sərnişin mikroavtobusu yolu keçən piyadanı - Mingəçevir şəhər sakini, 1956-cı il təvəllüdlü Kərimov İdris Nəbi oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İdris Kərimov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılıb. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR