Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq
Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub. APA-nın xəbərinə görə, Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən APA-ya bildirilib ki, Lütfi Zadənin məzarı 3 gün əvvəl qazılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli APA-ya deyib ki, Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq.
Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da 96 yaşında ABŞ-da vəfat edib. Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri Lütfi Zadənin vəfatı ilə bağlı başsağlığı veriblər.
OXŞAR XƏBƏRLƏR
12:50
789
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
792
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1118
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
768
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
769
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
600