Şimali Koreya: ABŞ-a qarşı yeni silah işlədəcəyik
"ABŞ-ın ölkəmizə qarşı sanksiya və təzyiqlərinə mümkün olan ən sərt üsullarla, daha doğrusu nəhəng gücə malik termonüvə silahı ilə cavab veriləcək. Əgər bu siyasətindən əl çəkməzsə Birləşmiş Ştatlar yer üzündən silinəcək".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, analoji bəyanatla Şimali Koreyanın Xarici İşlər Nazirliyi çıxış edib.
"Rəsmi Vaşinqtonun ölkəmizə münasibəti ən ağlasığmaz mərhələyə daxil olub və biz bu cür təzyiqlərə qarşı cavabsız qalmaq niyyətində deyilik" - deyə, nazirliyin rəsmi bəyanatında bildirilir.
Rəsmi Pxenyan həmçinin Vaşinqtonun BMT Təhlükəsizlik Şurasını da idarə etdiyini və qurumun qərarlarına təsir göstərdiyini də açıqlayıb.
Qeyd edək ki, ABŞ rəsmi Pxenyana qarşı yeni sanksiyalar məsələsini Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub