Məcburi köçkün binasında yanğın 6 ailəyə ziyan vurdu

Ağcabədi rayonunun Hüsülü kəndində yanğın baş verib. Əvvəllər kənd klubu kimi fəaliyyət göstərən ikimərtəbəli binada məcburi köçkünlərin məskunlaşdığı bildirilir.

 

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası cəlb olunub və yanğının qarşısı tez bir zamanda alınıb.

 

Məlumata görə, yanğın binanın məcburi köçkünlər məskunlaşan hissəsində elektrik naqilində yaranmış qısaqapanmadan qaynaqlanıb. Ümumilikdə 6 məcburi köçkün ailəsinin yaşadığı binada yanğın zamanı 3 ailənin məskunlaşdığı otaqlar 192 kvadratmetr sahədə yanıb.

 

Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR