Lənkəran sakininin istixanası 2-ci dəfə yandı

Lənkəranda istixanada yanğın baş verib. APA TV-nin cənub bürosu xəbər verir ki, hadisə Haftoni qəsəbəsi ərazisində, Elşən Məmmədova məxsus istixana təsərrüfatına aid tikilidə qeydə alınıb.

Yerli sakinlərin bildirdiyinə görə, ərazidə iki gün əvvəl də yanğın baş verib, lakin qarşısı alınıb. Bu dəfə yanğın daha güclü şəkildə yenidən başlayıb və partlayış səsləri ilə müşayiət olunub. Hadisə yerinə  Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın artıq söndürülüb.

Hadisə nəticəsində 200 kv/m  sahəsi olan kimyəvi maddələrin saxlanıldığı anbar və 500 kv/m sahəsi olan istixananın 40 kv/m-nin yandığı bildirilir. Yanğının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR