Lənkəranda qohumlar toyda əlbəyaxa dava elədi - YARALILAR VAR
Lənkəranda toyda kütləvi dava olub, xəsarət alanlar var. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Vilvan kəndindəki şadlıq saraylarının birində qeydə alınıb. Qohumlar arasında baş verən davanın səbəbləri hələ ki məlum deyil.
Kütləvi dava zamanı 3 nəfər xəsarət alıb. Toyda Verəvəl kənd sakini Mirzəyev Hamil Hüseynverdi oğlu ilə həmkəndlisi, 1987-ci il təvəllüdlü Məmmədov Rasif Ağayar oğlu arasında mübahisə yaranıb. Nəticədə H.Mirzəyev əlindəki su şüşəsi ilə R.Məmmədovun baş nahiyəsinə ağır zərbə endirib. Bundan sonra baş verən kütləvi dava nəticəsində H.Mirzəyevə də xəsarət yetirilib.
Həmçinin hadisə nəticəsində R.Məmmədovun anası yüngül xəsarət alıb. İnsidentlə əlaqədar bir neçə şəxs saxlanılaraq polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub